Rusiyanın Moskva vilayətinin Luxovitsı şəhərində şəxsi yüngülmühərrikli təyyarə idaəetmədə yaranan problem səbəbindən qəzaya uğrayıb.
Xəbər24.Online-ın xəbərinə görə, bu barədə TASS-a regionun fövqəladə hallar xidmətlərindən məlumat verilib.
“Luxovitsıda, İlyasovo kəndində “Aviatika” yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, göyərtədə bir pilot olub. O, ölüb”, – məlumatda bildirilir.
Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyirlər, hadisənin təfərrüatı və mümkün fəsadlar aydınlaşdırılır.
