Əbulfəz Dadаş oğlu Axundov aktyor 7 sentyabr 1972-ci ildə Lənkəran rayonun Şağlaküçə kəndində anadan olub. 1989 – 1994-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1996-cı ildən Lənkəran Dövlət Dram Teatrında aktyor işləyir.
Aktyorun Azərbaycan klassiklərinin əsərlərində oynadığı rollar: Sərkis və Mkrtıç, Vəzir Mirzə Həbib (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Axund, Qazı və Molla (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadə), Vəli bəy, Səfərəli, Çingiz (“Millət dostları”, “Ağa Məhəmməd şah Qacar” və “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev), İzzət (“Ana”, Hüseyn Cavid), Axund (“Vəfalı Səriyyə və yaxud göz yaşı içində gülüş”, Cəfər Cabbarlı), Soymaz (“Qaraca qız”, Abdulla Şaiq. Süleyman Sani Axundovun eyniadlı əsəri əsasında), Məhəmməd xan (“Nadir şah”, Nəriman Nə rimanov).
Çağdaş milli dramaturqlarımızın müxtəlif janrlı əsərlərində oynadığı səhnə obrazları: Qarakişi (“Gəl qohum olaq”, İsi Məlikzadə), Xalq hakimi (“Qalxın, məhkəmə gəlir”, Eldar İsgəndərzadə), Qoca Duxa, Teymur (“Məhəbbət və ölüm” və “Qəhrəmanlıq xronikası”, Baba Rzayev), Məlik Məlikzadə (“Eh, qadınlar qadınlar!”, Marat Haqverdiyev), Nuran (“İlğım”, Firuz Mustafa), Bədxəbər, Professor (“Varlı qadın” və “Onun iki qabırğası”, Əli Əmirli), Notarius (“Mamoy kişinin yuxuları”, Vaqif Səmədoğlu), Fatmanın atası (“Göyçək Fatma”, Ağacəfər Fətullayev), Qulam (“Şeytan işığı”, Kamran Nəzirli), Qonaq (“Cəhənnəm sakinləri”, Elçin), Artemibares (“Əsrlərin harayı”, Əli Vəlioğlu), Məlik (“Eh, qadınlar, qadınlar”, Marat Haqverdiyev), Nuran (“İlğım”, Firuz Mustafa), Xeyrət (“Zəncirlənmiş toy-büsat”, Əli Səmədli), Usub (“Pənah xan Cavanşir”, Hüseynbala Mirələmov), Qoca (“Dəcəl keçi”, Pərvin Nurəliyeva), Nəsrəddin (“Nəsrəddin”, Yusif Əzimzadə), İbrahim (“İnsan və şeytan”, Azər Abdullayev), Hilal (“Durna”, Süleyman Rüstəm), Şahin (“Məni qınamayın”, Hidayət), Məsləhətçi (“Yetim Rac”, Oruc Qurbanov), Gombul gözətçi (“Balaca qara qız”, Tərlan Abdullayev).
Əcnəbi müəlliflərin dramlarında çıxış etdiyi bədii personajlar: Əbdürrəhman “Ocaq”, Turqut Özakman), Manilov (“Ölü canlar”, Nikolay Qoqol), Paskuala Loyakone (“Ruhlar”, Eduardo de Filippo), Rista Podoroviç (“Nazirin xanımı” Branislav Nuşiç), Krisipp (“Herostratdı unudun”, Qriqori Qorin), Birinci anadangəlmə kor (“Korlar”, Moris Meterlink), Ağsaqqal (“Şah Edip”, Sofokl), Bask (“Mizantrop”, Jan Batist Molyer), Mənsur (“Xəlifə Leylək”, Vilhelm Qauf), Nazir (“Şahzadə xanım və bacatəmizləyən”, Leonid Juxovitski), Əbdülrəhman (“Kərbəla”, Bəkir Yıldız).
Əbülfəz Axundov 10 mart 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.






Aqşin Ağaddinoğlu
Xəbər24.Online-nin
Təsisçisi və Baş Redaktoru
