Hadisə

Lənkəranda qadın bıçaqlandı

Lənkəranda 33 yaşlı qadın bıçaqlandı6 Sentyabr 2025 22:00Lənkəranda bıçaqlanma hadisəsi baş verib.Publika.az Telqrafa istinadla xəbər verir ki, hadisə Lənkəran şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb.Astara rayonunun Təngərüd kənd sakini, 33 yaşlı Mehriban Qubalı qızı Bəxtiyarova Lənkəran şəhərinin dəmiryolu vağzalı yaxınlığında yerləşən marketlərin birinin qarşısında bıçaqlanıb.Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Onun vəziyyətinə uyğun olaraq dərhal əməliyyat blokuna alındığı bildirilir.Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi, həmçinin digər təfərrüatlar araşdırılır.Faktla bağlı araşdırma davam etdirilir.