ATV kanalında yayımlanan “Rəngarəng” verilişində hər kəsi təəccübləndirən hadisə yaşanıb.
Bu zaman Dostəliyeva sağlığında qalmaqal yaşadığı Quliyevanın tacını başına taxmaq istəməyib.
O hədiyyəni qəbul etdiyini lakin başına taxmaq istəmədiyini vurğulayıb, lakin aparıcı Zaur Nəbioğlu tacı sənətçinin başına taxıb. Dostəliyeva dərhal tacı çıxarıb.
Xatırladaq ki, Xalq artisti Nazpəri Dostəliyeva illərlə böyük qalmaqal yaşayan və vəfat edərkən belə küsülü şəkildə dünyadan köçən həmkarı İlhamə Quliyevanın məzarını ziyarət edərək ona “haqqımı halal edirəm” deyib.
