Sağlamlıq

Şampun seçərkən bunlara diqqət edin!

Saç baxımında düzgün şampun seçimi vacibdir. Müxtəlif saç tipləri fərqli ehtiyaclar tələb edir və istifadə olunan məhsul buna uyğun olmalıdır.

Şampun alarkən tərkibə diqqət yetirilməlidir. Sülfat, formaldehid, paraben, ftalat kimi maddələr dərini qıcıqlandıra, saçları quru və cansız edə bilər.

Əvəzində, sülfatsız təmizləyicilər (məsələn, sodyum kokoil glutamat, desil qlükozid), bitki yağları (argan, jojoba, kokos) və vitaminlərlə zəngin maddələr tövsiyə olunur.

Tökülən saçlar üçün: minoksidil, niasin

Buruq saçlar üçün: gliserin, təbii yağlar

Düz saçlar üçün: keratin, proteinlər

Boyalı/quru saçlar üçün: yumşaq təmizləyicilər, nəmləndirici yağlar

Kəpəkli saçlar üçün: sink, ketokonazol

Yağlı saçlar üçün: dərin təmizləyici, çay ağacı yağı

Qeyd: Saç tipinizi tanıyın və uyğun məhsulu seçin – sağlam saçların sirri buradadır.