Dünya

Tramp “TikTok”la bağlı razılaşmanın əldə olunduğunu təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə telefonda danışığı zamanı “TikTok”un Çin mülkiyyətindən çıxarılması ilə bağlı sazişin təsdiqləndiyini bildirib.

Xeber24.Online bildirir ki, bu barədə o, Ağ evdə jurnalistlərə deyib. Dövlət başçısının sözlərinə görə, telefon danışığı 2 saat çəkib. Növbəti addım artıq müqavilənin imzalanması olacaq.