Hadisə

“Azərsilah”ın zavodunda qəza baş verib, yaralanan var

“Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.

Xəbər24.Online xezerxeber.az a istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb.

“Hazırda onun vəziyyəti qənaətbəxşdir”, – açıqlamada vurğulanıb.