Məşhur aktrisa vəfat etdi
Məşhur italyan aktrisa Klaudiya Kardinale vəfat edib.
Xəbər24.Online nin məlumatına görə, 87 yaşlı aktrisa Parisdə övladlarının yanında dünyasını dəyişib.
Qeyd edək ki, Klaudiya karyerası ərzində 150 filmdə rol alıb. “Yaraşıqlı Antonio”, “Çəhrayı pantera”, “Rokko və onun qardaşları”, “Leopard”, “Sirk dünyası”, “İnteryerdə ailə portreti” kimi filmlər bunlardan bir neçəsidir.
