Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Xəbər24.Online avtosfer.aza istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Belə ki, qadın sürücü idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən 2008-ci il təvəllüdlü G.Vəliyevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(unikal)
