Buzovnada avtomobil hasara çırpılıb, sürücü ölüb
Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Xəbər24.Online apa.az-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Buzovna qəsəbəsində baş verib.
Qəsəbə ərazisində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Aydın Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobili daş hasara çırpılıb.
Xəstəxanaya yerləşdirilən A.Nəcəfov sentyabrın 29-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
