Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tur start götürüb.

Xəbər24.Online QOL.aza istinadən xəbər verir ki, ilk oyun günündə 9 matç keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ”ın rəqiblərindən “Çelsi” “Benfika” 1:0 hesabı ilə məğlub edib, “Ayntraxt” “Atletiko”ya böyük hesabla uduzub – 1:5, “Ayaks” isə “Marsel”lə görüşdə 4 cavabsız qol buraxaraq məğlub olub.

Türkiyə “Qalatasaray”ı öz meydanında Ağdam təmsilçisinin digər bir rəqibi “Liverpul”u qonaq edib. İstanbul klubu dünya nəhəngi ilə görüşdə qələbə qazanmağı bacarıb – 1:0.

Tarixində ilk dəfə ÇL-də mübarizə aparan “Kayrat” isə “Real”ı qəbul edib. Qonaqlar Alma-Atada keçirilən göüşdə 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Qarabağ” sabah evdə “Kopenhagen”lə üz-üzə gələcək.

Çempionlar Liqası, Liqa mərhələsi, 2-ci tur

30 sentyabr

20:45. “Atalanta” (İtaliya) – “Brügge” (Belçika) – 2:1

Qollar: Samardziç, 74-pen. Paşaliç, 87 – Tsolis, 38.

20:45. “Kayrat” (Qazaxıstan) – “Real” (İspaniya) – 0:5

Qollar: Mbappe, 25-pen; 52; 73. Kamavinqa, 83. B.Dias, 90+3.

23:00. “İnter” (İtaliya) – “Slaviya” (Çexiya) – 3:0

Qollar: L.Martines, 30; 65. Dumfris, 34.

23:00. “Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 1:0

Qol: Rios, 18-avtoqol

23:00. “Atletiko” (İspaniya) – “Ayntraxt” (Almaniya) – 5:1

Qollar: Raspadori, 4. Le Normand, 33. Qrizmann, 45+1. C.Simeone, 70. X.Alvares, 82 – Burkardt, 57.

23:00. “Budo-Qlimt” (Norveç) – “Tottenhem” (İngiltərə) – 2:2

Qollar: Hauqe, 53; 66 – Van de Ven, 68. Qundersen, 89-öz qapısına.

23:00. “Marsel” (Fransa) – “Ayaks” (Niderland) – 4:0

Qollar: Payşao, 6; 12. Qrinvud, 26. Obameyanq, 52.

23:00. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə) – 1:0

Qol: Osimhen, 16-pen.

23:00. “Pafos” (Kipr) – “Bavariya” (Almaniya) – 1:5

Qollar: Orsiç, 45 – H.Keyn, 15; 34. R.Gerrero, 20. N.Cekson, 31. Olise, 69.

1 oktyabr

20:45. “Yunion” (Belçika) – “Nyukasl” (İngiltərə)

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)

23:00. “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)

23:00. “Bayer” (Almaniya) – PSV (Niderland)

23:00. “Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)

23:00. “Napoli” (İtaliya) – “Sportinq” (Portuqaliya)

23:00. “Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə)

23:00. “Borussiya” (Dortmund, Almaniya) – “Atletik” (İspaniya)

23:00. “Barselona” (İspaniya) – PSJ (Fransa)

 

 

By admin