Müğənni Şəbnəm Tovuzlunun atası Ələddin infarkt keçirib.

Xəbər24.Online axşam.az a istinadən məlumat verir ki, bu barədə aparıcı Zaur Nəbioğlu “Rəngarəng” verilişində açıqlama verib.

“İnfarkt keçirən Şəbnəmin bioloji atası yox, atalığı Əlləddin bəydir. Allah köməyi olsun” deyə, o, söyləyib.

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib.

Şəbnəm bir müddət əvvəl açıqlamasında “Atamla danışımıram, mənə vacib də deyil. Bir tək anama heyfim gəlir. Başqa heç nəyə… Bağışlamıram, bağışlamayacağam da. Axirətdə də onu bağışlamayacağam. Mənim atam var, o da Ələddindir” deyə, bildirib.

By admin