Biləsuvarda ağır qəza
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəbər24.Online qafqazinfo ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”nin 1986-cı il təvəllüdlü sürücüsü, Cəlilabad rayonunun Sabirabad kənd sakini, Mahir Ədalət oğlu Abışov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən ölüb. Mərhum toyuq-cücə ticarəti ilə məşğul imiş.
Faktla bağlı araşdırma aparılır.
