Hadisə

İrandan gətirilən 2 ton sarıkök MƏHV EDİLDİ

İrandan idxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Xəbər24.Online Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki 

Nəzarət tədbirləri çərçivəsində agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İrandan idxal etdiyi, ümumi çəkisi 2 ton olan “Saibaba Agrilink Private Limited” əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.