ABŞ-də nadir genetik anomaliya nəticəsində iki başlı ilan doğulub.
Xəbər24.Online Daily Star” nəşriyyatına istinadən xəbər verir ki,
49 yaşlı Ann-Kristin Svanın evində qərbi çöl donuzburunlu ilan növünə aid nadir bir canlı yumurtadan çıxıb. Qadın ilanı “Haribo” adlandırıb. O, bu adı iki başlı ilan formalı marmeladlar istehsal edən məşhur konfet markasının şərəfinə seçib. Mütəxəssislər belə bir hadisənin baş vermə ehtimalının 100 mində bir olduğunu bildirirlər.
Svan ilk dəfə ilanı görəndə gözlərinə inanmadığını deyib. Onun fikrincə, embrion inkişaf zamanı tam bölünmədiyi üçün ilan iki başla doğulub. Hazırda Haribonun uzunluğu təxminən 10 santimetrdir.
İlanın hər iki başı artıq hərəkətlərini uyğunlaşdırmağı öyrənib. Sahibinin sözlərinə görə, sağ baş yemək yeyir, Haribo isə su içərkən hər iki başını eyni anda qabağa uzadır.
Qeyd edək ki, ABŞ-də daha əvvəl də iki başlı ilana cərrahi əməliyyat aparılmışdı. “Tiqrovaya Liliya” adlı ilan anormal yumurtalıqlar səbəbindən əməliyyat olunmuş və əməliyyat uğurla nəticələnmişdi.
Xəbərə aid video lenti təqdim edirik.
