Ərdoğan sabah Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gələcək.
Xəbər24.Online Haber ə istinadən xəbər verir ki, dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələ şəhərində keçiriləcək növbəti sammitində iştirak edəcək.
Məlumata görə, Ərdoğan hazırda İstanbuldadır. Oktyabrın 6-da o, Azərbaycana yola düşəcək.
