Hadisə

Hacıqabulda ağır qəza – Xəsarət alanlar var

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xəbər24.Online xəbər veriri ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən hadisə Bakı-Qazax yolunun 159-cu kilometrliyində səhər saat 07:15-də baş verib.

“Hadisə sürücü Maqsud Savalan oğlu Qaraşovun idarə etdiyi “Mitsubishi Outlander” markalı, 41-BE-665 dövlət nömrə nişanlı avtomobilin idarəetmədən çıxması nəticəsində baş verib.

Hadisə nəticəsində sürücü ilə birlikdə sərnişinləri Aytac Elxan qızı Qaraşova və Yusif Mahmud oğlu Qaraşzadə yüngül dərəcəli xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilir.