AFFA “Neftçi”ni “cərimə yağışı”na tutdu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Xəbər24.online xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının VII turunun “Zirə” – “Neftçi” oyunu ilə bağlı bir sıra qərarlar qəbul olunub.
Görüşün 90+7-ci dəqiqəsində ev sahiblərinin 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə” klubu 500 manat cərimə edilib. Eyni zamanda qarşılaşma zamanı VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “qartallar” 1000 manat cərimələnib.
“Neftçi” 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat, eyni zamanda azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə 10000 manat cərimə edilib.
Oyunun 90+5-ci dəqiqəsində “ağ-qaralar”ın məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” 5000 manat cərimələnib.
