Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Xəbər24.Online-nin Report-a istinadən məlumatına görə, hadisə rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobili qarşıda gedən traktorun arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində Sabirabad rayonunun Şəhriyar kənd sakinləri, 2010-cu il təvəllüdlü Vəliyeva Sevgili Qənbər qızı, 1980-cı il təvəllüdlü Həsənova Gülnarə Əli qızı və 1974-cü il təvəllüdlü Vəliyev Qənbər Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

By admin