Dünyaİdman

Türkiyə millisində itki

Türkiyə millisinin üzvü Uğurcan Çakır yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla matçını buraxa bilər.

29 yaşlı qolkiper komandasının son məşqində iştirak etməyib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Lakin Uğurcanın məşqə hansı səbəblə qatılmadığı açıqlanmayıb.

Türkiyə millisi DÇ-2026-nın seçmə mərhələsində Bolqarıstanla oktyabrın 11-də, Gürcüstanla isə oktyabrın 14-də qarşılaşacaq.