Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
Bu ilin yanvar-sentyabr aylarında diri çəkidə 434,3 min ton ət, 1699,1 min ton süd, 1789,4 milyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub.
Xəbər24.Online iqtisadiyyat.aza istinadən xəbər verir ki, bu barədə Statistika Komitəsi məlumat yayıb.
2024- cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1,9 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,3 faiz artıb, yun istehsalı 1,3 faiz, barama istehsalı 22,1 faiz azalıb.
