Hadisə

Göyçayda avtomobil su kanalına aşıb, sürücü ölüb

Göyçayda avtomobil su kanalına aşıb.

Xəbər24.Online report un Yuxarı Şirvan bürosu istinadən xəbər verir ki, hadisə rayonun Dövranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili kənd ərazisindən keçən Şirvan kanalına aşıb. Sakinlərin köməkliyi ilə sürücü Habil Məhəmmədəli oğlu Talıbovun cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı cinayət işi açılıb.