Vilnüs aeroportu fəaliyyətini dayandırıb
Litva hakimiyyəti səmada naməlum obyektlərin görünməsi ilə əlaqədar Vilnüs Beynəlxalq Hava Limanının bağlandığını təsdiqləyib.
Xəbər24.Online xəbərinə görə, bu barədə Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzi məlumat yayıb.
“Güman edilir ki, hava məkanında meteoroloji balonlar aşkar edilib”, – məlumatda deyilir.
Litva tərəfinin açıqlamasına görə, bu şarlardan qaçaqmalçılıq təşkilatçıları qonşu Belarusdan siqaret keçirmək üçün geniş istifadə edirlər.
Hava limanının fəaliyyəti təxminən saat 21:30-da (Bakı vaxtı ilə 22:30) dayandırılıb.