DTX-dən “Hurriyyet TV”də əməliyyat
“Hurriyyet TV”də əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.
Hüquq-mühafizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.
Xəbər24.Online Bakupost.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunub ki, həmçinin “Hurriyyet TV”nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb. Bu əməliyyatın Ramiz Mehdiyev hadisəsi ilə bağlı ola biləcəyi ehtimal edilir.
