Yardımlıda ağacəkmə aksiyası keçirilib
Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Vətən müharibəsində tarixi qələbəmizin 5 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Yardımlı rayonunda növbəti ağacəkmə aksiyası təşkil olunub.
Xəbər24.Online xəbər verir ki, Tədbirdə RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Aksiya çərçivəsində 100-ə yaxın müxtəlif növ ağaclar əkilib, ərazidə abadlıq və təmizlik işləri görülüb. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
