Bu gün Tanınmış teatr rejissoru və aktrisası. “Dağıstan Respublikasinin əməkdar artisti”, “Azərbaycan Respublikasının əməkdar mədəniyyət ișçisi”, Lənkəran Dövlət Dram Teatrının direktoru Laləzar Hűseynovanın doğum günüdür.
Xəbər24.Online xəbər verir ki, Laləzar Ramil qızı Hűseynova 1964-cü ildə anadan olmușdur. Bakı şəhəri mədəni maarif texnikomunu” bədii yaradıcılıq kollektivinin rəhbəri” fakultesini ferqlenme diplomu ilə bitirib. Azərbaycan Mədəniyyət və İncəsənət Univerisitetinin “Musiqi teatr rejissoru” ixtisasını fərqlenmə diplomu ilə bitirib.
1995-ci ildən Dərbənd teatrında aktrisa vəzifəsində fəaliyyətə başlamişdır. 2004-cü ildə rejissor köməkçisi 2007-ci ildə qurulușçu rejissor 2011-ci ildən bu gunə qədər teatrda baş rejissor vazifəsinde çalışır. 2008-ci ildə Dagıstan Respublikasının əməkdar artisti fexri adina layiq görŭlmŭşdŭr. 2013-cŭ ildə Azerbaycan Respublikasinin əməkdar mədeniyyət ișçisi fexri adina layiq görŭlmŭșdŭr.
Heydər Əliyevin 80 illik yubileyi műnasibəti ilə ədəbi-musiqili kompozisiya Novruz bayrami və s. 2007–2013-cü illərdə teatr hər il L. Hüseynovanin tamașaları ilə Azerbaycan Respublikasında (Bakıda, Sumqayıtda, Gəncədə, Ağsu,Șamaxı, Qəbələ, Oguz,Șəki, Quba, Qusar, Xaçmaz, Xızı) qastrol səfərində olmușdur.
9 may 2018-ci ildə, 10 may 2019-cu ild, və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Yaratdığı rollar
Sara-“Solğun cicəklər”, C. Cabbarlı; Telli-Arșin mal alan”, Ü. Hacibeyov; Hafizə-“Pəri cadu”, Ə. Haqverdiyev; Nisə-“Bankir adaxlı”, T. Veliyeva; Patimat-“Kimdir muqəssir”, H. Salixov; Qozbel-“Sonuncu məhəbbət”, Konstantinov və Racer; Xanuma-“Xanuma” A. Saqareli və s.
Quruluş verdiyi tamaşalar
“Aydın”(C Cabbarlı),”Ulduz”(S. Rüstem), “Xanuma”(A.saqareli),”O olmasın bu olsun”(Ü. Hacıbeyov),”Yad qızı”(O. Kamal),”oğru”(R. N. Güntəkin),”Taleyin oyunu”(R Tohidoglu), “Qaynana”(M. Samxalov),”Sönmüş talelər”(R. Rəhimli)”Göyçək Fatma”xalq nağılı,”Xoşbəxtlik quşu”(E. Huseynov),”Çal-oyna”(I. Coșqun).
Peşəkarlığı, sənətə olan sədaqəti və yüksək məsuliyyəti sayəsində Lənkəran Dövlət Dram Teatrı son illərdə yaradıcı fəaliyyətini daha da genişləndirib və yeni uğurlara imza atıb. Bu nailiyyətlərdə onun əməyi və uzaqgörənliyi xüsusi qeyd olunmalıdır.
Laləzar xanıma möhkəm can sağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Xəbər24.Online
Lənkəran