Ağstafada 74 yaşlı qadın su quyusuna düşərək ölüb
Ağstafada 74 yaşlı qadın su quyusuna düşərək ölüb.
Xəbər24.Online AZƏRTAC-a isttinadən xəbər verir ki, hadisə rayonun Yenigün kəndində baş verib. Belə ki, kənd sakini 74 yaşlı G.Qəhrəmanova yaşadığı evdə su quyusuna düşüb. Yaşlı qadın suda boğularaq ölüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
