Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.
Xəbər24.Online “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib.
İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.
Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ilkin məlumatda 2 nəfərin meyitinin zibilxanada aşkarlandığı bildirilmişdi.

 

Lənkəranda zibilxanada yanmış cəsədlər tapıldı

Lənkəran rayonunda iki nəfərin cəsədi tapılıb. Xəbər24.Online APA-ya istinadən xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

By admin