Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan piyadanın vəziyyəti açıqlanıb.

Xəbər24.Online oxu.Az-a istinadən xəbər verir ki, xəsarət alan şəxsin vəziyyəti stabildir:

“Yanvarın 13-ü saat 19:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1979-cu il təvəllüdlü (kişi) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona başın təpə nahiyəsinin çoxsaylı sıyrılmış yaraları, sol tərəfli boyun və sağ tərəfli çanağın küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, hadisəni törədən Ziyatay Uruf oğlu Zeynalov Babaxanlı kənd orta məktəbinin direktorudur.

By admin