Azərbaycanda bir neçə klubda çıxış etmiş Peyman Keşavarzi Təbrizdə həbs edilib.
Xəbər24.Online qol.aza istnadən xəbər verir ki, İranın KIA klubunun üzvü ölkədə hakimiyyətə qarşı etiraz aksiyalarına qatıldığı üçün saxlanılıb.
Qeyd edək ki, P.Keşavarzi İranın “Traktor”, Aazərbaycanın “Sumqayıt”, “Kəpəz”, “Səbail” və “Karvan” klublarında çıxış edib.
Xatırladaq ki, ötən il dekabrın 28-də İranın milli valyutasının kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehranın Böyük Bazarı ərazisində başlayan etiraz aksiyaları ölkənin bir çox şəhərinə yayılıb. Hazırda etirazlar zamanı ölənlərin sayı minlərlədir.