2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

Xəbər24.Online xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və idarənin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyi Lənkəran-Astara regional bölməsinin, Lənkəran Gənclər Evinin, Lənkəran Olimpiya İdman Kompleksinin, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və gənclər Heydər Əliyev Xatirə Parkında yerləşən abidəni ziyarət ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Xəbər24.Online
Lənkəran
Allahverən Pərvizoğlu

By admin