Xəbər24.Online-nin məlumatına görə, Uzun illər Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt kimi fəaliyyət göstərmiş Nadir Məmmədov vəfat edib.
Nadir Məmmədov 1957-ci ildə Lənkəran rayonunda anadan olub. 1979-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Bakı şəhəri 15 saylı xəstəxanasında interna təhsilini başa vurduqdan sonra 1986-cı ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında peşəkar həkimlik fəaliyyətinə başlayıb. 1999-2010-cu illərdə Lənkəran Hərbi Komisarlığında həkim-terapevt kimi, 2010-cu ildən Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt, həmçini Həkim Məsləhət Komissiyasının üzvü vəzifəsini icra edib.
Mərhum peşə fəaliyyəti dövründə yüksək peşəkarlığı, məsuliyyəti və insani keyfiyyətləri ilə seçilmiş, həmkarları və pasiyentləri arasında böyük hörmət qazanmışdır.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının tibb kollektivi adından uzun illər səhiyyə sahəsində yorulmadan fəaliyyət göstərmiş mərhum həkim Nadir Məmmədovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.