Məmmədova Xədicə Zakir qızı 15 iyul 2010-cu ildə Lənkəran şəhərində anadan olmuşdur.

2016-cı ildə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin 1-ci sinfinə qəbul edilmişdir. Rəssamlığa həvəsi və marağı uşaq yaşlarından başlayıb.

2022-ci ildə Lənkəran Uşaq Rəssamlıq məktəbinə daxil olub və hazırda 4-cü sinfində oxuyur. Rəssamlıq Akademiyasının rus bölməsində təhsil almağı üçün 2024-cü ildə, yəni 9-cu sinifdə Lənkəran şəhəri Vidadi Rəsulov adına Digah kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan bölməsində təhsilini davam edir.

Bu illər ərzində bir sıra Respublika və Beynəlxalq müsabiqələrdə uğurlar qazanmışdır. Xədicənin ilk əsəri “Biz qayıtdıq” Qarabağ atlarımız kompozisiyası ilə Bakı şəhərində 2022-ci ildə keçirilən “Rəssam mənim” mövzusunda müsabiqədə Fəxri Fərmanla təltif olunmuşdur.

Həmin ilin dekabrında “Doğma Diyar Azərbaycan” adlı müsabiqədə fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.

2023-cü ildə “Düşün və Yarat” yaradıcı müsabiqəsi, “Baharın rəngləri” uşaq rəsm müsabiqəsi, “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm sərgisi”ndə, “Təbiətimizin Sərvəti” uşaq rəsm müsabiqələrində fəal iştirakına görə sertifikatla təltif olunmuşdur.

2024-cü ilin fevral ayında Beynəlxalq “Toyoto – Arzularımın” rəsm müsabiqəsində III yerə layiq görülmüşdür. Həmin ilin 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar “İdman et, çempion ol” adlı rəsm müsabiqəsində III yeri tutduğuna görə Diplomla təltif edilmişdir.

“Dostluğun Sehri” VII Beynəlxalq onlayn uşaq rəsm müsabiqəsində “Təbiət bizim sərvətimizdir” mövzusunda II yerə layiq görülmüşdür.

2024-cü ilin dekabr ayında, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş “Qalib ölkənin qalibləri – 2024” tədbirində mədəniyyət və incəsənət sahəsində qazandığı uğurlara görə sertifikatla təltif olunmuşdur.

2025-ci ildə “Səmadakı Qəhrəmanlar” adlı sərgidə II yerə, “Portret”, “Xocalım”, “Xəzər Gülləri” adlı müsabiqələrdə fəal iştirakına görə sertifikatlarla təltif olunmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar Akademiyasının nəzdində incəsənət kollektivi tərəfindən, kollecin 105 illik yubileyi çərçivəsində “Mənim Vətənim – mənim kəndimdən başlayır” adlı layihəsində iştirakına görə təşəkkürnamə ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 14–17 yaş qrupunda “Rəssamlıq” nominasiyası üzrə III yerə layiq görülmüşdür.

2026-ci il Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər Mərkəzi Kitabxanası tərəfindən təşkil olunmuş tədbirdə yaradıcılıq uğurlarına görə və 2 fevral – Gənclər Günü münasibətilə “Təşəkkürnamə” ilə təltif edilmişdir.

Xəbər24.Online
Lənkəran
Allahverən Pərvizoğlu

By admin