III dəfə Respublika Mahnı Müsabiqəsinin laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu uzun illər Lənkəran şəhər Qaranquş uşaq bağçasına rəhbərlik etmiş dəyərli ziyalı, ağbirçək Gülbahar Babayevanı evində ziyarət edib.

Xəbər24.Online saytına açıqlamasında Allahverən Pərvizoğlu bildirib ki, əsgərliyə yollanmazdan öncə Gülbahar xanımı ziyarət edərkən sağ-salamat qayıdıb yenidən görüşəcəyinə söz verib.

Bu gün həmin vədin yerinə yetirilməsi onun üçün böyük mənəvi dəyər daşıyır: “Gülbahar müəllimə mehribanlığı, sadəliyi və insanlığı ilə hər zaman hörmət qazanan ziyalıdır.

Belə insanlarla görüşmək insanın ruhunu zənginləşdirir. Bu gün burada olmaq mənim üçün böyük qürurdur.” Gənc xanəndə qeyd edib ki, Gülbahar xanım cəmiyyətimiz üçün dəyərli ziyalı olmaqla yanaşı, gənc nəslə örnək olan bir insandır.

Sonda Allahverən Pərvizoğlu Gülbahar Babayevaya möhkəm can sağlığı və uzun ömür arzulayıb, belə ziyalılarla hər zaman fəxr etdiklərini vurğulayıb.

By admin