Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir.
Bu gün yeni mərhələyə qədəm qoyan Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin bütün istiqamətlərdə uğurlu inkişafı istiqamətində hər iki tərəfin göstərdiyi səylər dünyanın diqqət mərkəzindədir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Prezident Donald Tramp üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etdi. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflandı, həmçinin Birgə Bəyannamə imzalandı. Prezident Tramp şahid qismində həmin sənədi imzaladı və bununla da 30 il davam edən münaqişəyə son qoyuldu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları oldu. Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərinin kontektsində 2025-ci ili tarixi il kimi də dəyərləndirir.
Azərbaycan-ABŞ münasibətlərində mərhələ-mərhələ baş verən dəyişikliklər fevralın 10-da ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin dövlətimizin başçısı ilə keçirdiyi görüşlərdə də diqqət göstərilən məsələlər sırasında oldu. ABŞ-ın Vitse-prezidenti qeyd etdi ki, əfsuslar olsun ki, sonuncu administrasiya bir çox səhvlərə yol verdi. Onların yol verdikləri səhvlərdən biri Azərbaycana münasibətdə çox sərsəm siyasətin yürüdülməsi idi. Cey. Di. Vens onu da əlavə etdi ki, biz Prezident Donald Trampın rəhbərliyi ilə bunu düzəltdik. Mətbuata bəyanatında ABŞ Prezidentinin şəxsən dövlətimizin başçısı İlham Əliyevə, eləcə də Azərbaycan xalqına ən səmimi salamlarını çatdıran Cey. Di. Vens bildirdi ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur. ABŞ-ın Vitse-prezidenti diqqəti mühüm məqamlara yönəldərək vurğuladı ki, fikrimcə, bir çox amerikalılar bəlkə də bilmir. Məsələn, azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldular. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər. Onlar ABŞ-ın hərbi dənizçiləri ilə Əfqanıstanda çiyin-çiyinə vuruşublar və faktiki olaraq, dünyanın istənilən yerini götürsək belə, az sayda olan ən mübariz və cəsarətli qoşunlardan biri kimi nüfuz qazandılar. Bu gün biz bu dostluğa təşəkkür əlaməti olaraq buraya gəlmək istəyirdik, sözün əsl mənasında, səhifə çevirmək və növbəti fəslə keçmək istəyirdik.
ABŞ rəsmisi bu fikirləri ilə Azərbaycanın əməkdaşlıqda nə qədər səmimi, dövlətlərarası münasibətlərdə əsas faktor olan qarşılıqlı etimad mühitinin qorunmasında və möhkəmləndirilməsində maraqlı olmaqla yanaşı, bunu real addımları ilə təsdiqlədiyini etiraf etdi.
Vens ilə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilib. Hər bir səfərin əhəmiyyəti imzalanan sənədlərlə ölçülür. Nəzərə alsaq ki, ötən il 8 avqust tarixində Azərbaycan Prezidentinin Amerikaya səfəri çərçivəsində strateji və tarixi əhəmiyyətli sənədlər imzalamışdır. Onlardan biri də Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması ilə bağlı strateji işçi qrupunun formalaşması olmuşdur. Artıq o qrupun 6 aylıq intensiv fəaliyyəti nəticəsində xartiya sənədi hazırlandı və məhz cənab Vensin Azərbaycana səfəri çərçivəsində dünən bu sənəd imzalandı. Bu, ikitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə qalxdığını təsdiqləyir. Biz bundan sonra strateji tərəfdaşlarıq, fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür və bu strateji tərəfdaşlıq sənədi əslində ikitərəfli münasibətlərimizin yol xəritəsi hesab oluna bilər”.
Birləşmiş Ştatların vitse-prezidentinin ölkəmizə səfəri, keçirilən görüşlər və səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan–ABŞ münasibətləri yalnız siyasi əlaqələrlə məhdudlaşmır. Siyasi dialoqdan iqtisadi, enerji, nəqliyyat və texnoloji əməkdaşlığa qədər bütün sahələrdə inkişaf edən bu münasibətlər regionda stabilliyi və sülhü gücləndirən, tərəflərin uzunmüddətli strateji maraqlarını təmin edən əsas amillərdən birinə çevrilib.
“Biz unutmamalıyıq ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənubi Qafqaz Dəhlizi layihəsi və digər enerji marşrutları Avropanın digər dövlətlərdən enerji asılılığını azaltmaq üçün çox böyük önəm daşıyır və ABŞ da bu proseslərdə Azərbaycanı açar tərəfdaş kimi görür. Məhz bu səfər zamanı imzalanan xartiya ABŞ ilə Azərbaycan arasındakı münasibətləri daha irəli səviyyəyə aparır. Avqust ayında əldə edilmiş razılaşmaların davamı olaraq bu xartiyanın imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açıldığını açıq şəkildə bəyan edir. Bu xartiya amerikalıların investisiya və biznes maraqlarının qorunması, ticarətin genişləndirilməsi üçün hüquqi-siyasi çərçivə formalaşdırır, neft-qaz sektorundan kənarda da əməkdaşlıq üçün əla imkanlar təqdim edir. Bütün bunlarla yanaşı, bu xartiyanın Azərbaycan üçün də çox böyük faydası var, ilk növbədə, beynəlxalq mövqe möhkəmlənir, təhlükəsizlik zəmanətləri güclənir, regional münaqişələrdə ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Eyni zamanda ABŞ süni intellekt, süni zəka və İT sahələrində Azərbaycanla əməkdaşlıq etmək, tərəfdaşlıq qurmaq, Amerika şirkətlərinin Azərbaycana sərmayə qoyması üçün əla imkanlar təqdim edir”, – deyə deputat yekunlaşdırdı.
Xatırladaq ki, ötən gün Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.
Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.
Hörmətlə YAP üzvü, Gənc Fəal
Fərid Şərifov
