Lənkəran Mərkəzi Kitabxanası və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Tarixi izlər və Müasir Memarlıq” mövzusunda tədbir keçirilib.

Xəbər24.Online xəbər verir ki, Tədbir Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə Lənkəran MKS-in İnformasiya-resurs şöbəsinin müdiri Alimə Əsədli açaraq Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma və Memarlıq ili” ilə bağlı sərəncamını iştirakçıların diqqətinə çatdırıb, sənədin əhəmiyyətindən və bu istiqamətdə həyata keçirilən tədbirlərin vacibliyindən danışıb.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, tarix elmləri doktoru Leyla Məcidova çıxış edərək şəhərin zəngin tarixi memarlıq irsindən bəhs edib, bu irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.

AYB Lənkəran bölməsinin sədr müavini Ağamir Cavad isə memarlığın milli kimliyin formalaşmasında və mədəni yaddaşın yaşadılmasında mühüm rol oynadığını qeyd edib.

Sonda Lənkəran Rəssamlıq Məktəbinin şagirdlərinin mövzuya həsr olunmuş rəsmlərindən ibarət sərgiyə və kitab sərgisinə baxış keçirilib.

Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, xatirə şəkli çəkdirilib.

Allahverən Pərvizoğlu ✍️

By admin