Xəbər24.Online Lənkəran – Uzun illər Lənkəran təhsilində səmərəli fəaliyyəti ilə seçilən, Lənkəran şəhər 3 saylı tam orta məktəb-in ibtidai sinif müəllimi olmuş Minayil Sadıqova 86yaşında dünyasını dəyişib.

Minayil Sadıqova pedaqoji fəaliyyətə başladığı ilk gündən etibarən öz peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşmış, yüzlərlə şagirdin savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynamışdır. Onun səbrli, qayğıkeş və tələbkar müəllim obrazı həm şagirdlərin, həm də valideynlərin yaddaşında dərin iz buraxıb.

O, çalışdığı illər ərzində məktəb kollektivinin hörmət və ehtiramını qazanmış, ibtidai təhsilin keyfiyyətli təşkili üçün daim fədakarlıq göstərmişdir. Minayil Sadıqova üçün müəllimlik sadəcə peşə deyil, müqəddəs bir missiya idi.

Minayil Sadıqovanın vəfatı Lənkəran təhsil ictimaiyyəti və onun yaxınları üçün böyük itkidir.

Allahverən Pərvizoğlu

By admin