Xəbər24.Online Lənkəran – Lənkəran Mərkəzi Kitabxanası və AYB Lənkəran Bölməsi-nin birgə təşkilatçılığı ilə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunmuş “Kitabı birlikdə sevək” adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət işçiləri, kitabxana əməkdaşları, könüllülər və kitabsevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB Lənkəran bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli kitabın mənəvi zənginlik mənbəyi olduğunu vurğulayaraq belə təşəbbüslərin oxu mədəniyyətinin inkişafına xidmət etdiyini bildirib.

Daha sonra Lənkəran MKS-in direktoru Arzu Rufullayeva çıxış edərək kitab bağışlama ənənəsinin cəmiyyətimizdə mütaliə vərdişlərinin güclənməsinə mühüm töhfə verdiyini qeyd edib, bu cür layihələrin davamlı olmasının vacibliyini diqqətə çatdırıb.

Arzu Rufullayeva çıxışının sonunda kitabxana sahəsində səmərəli fəaliyyətlərinə görə bir neçə kitabxanaçı əməkdaşa fəxri fərman təqdim edib, onların oxuculara göstərdikləri diqqət və xidmətin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxış edən Lənkəran MKS-in Uşaq şöbəsinin müdiri Kəmalə Məmmədova, Sütəmurdov kənd kitabxana filialının müdiri Nuranə Cəfərova, şair Ağamir Cavad, Salman Məmmədoğlu, Ziyafət Yəhya, Qardaşxan Fərzi və Fərasət Nuriyev kitabın dəyərindən, müəllif və oxucu arasında qurulan mənəvi bağdan bəhs edərək tədbirin əhəmiyyətini xüsusi qeyd ediblər.

Sonda yazarların kitabları oxuculara hədiyyə olunub, xatirə şəkli çəkdirilib.
Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və kitab sevgisinin bir daha birlikdə yaşadılması ilə yadda qalıb.



Allahverən Pərvizoğlu
İctimai fəal Gənci, Gənc müğənni

By admin