Xəbər24.Online Bakı – 15 Fevral Azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Azərbaycan Respublikasının əməkdar elm xadimi Milli Aviasiya Akademiyasının rektoru dəyərli və sevimli insan Arif Paşayevin doğum günüdür.

Hörmətli Arif müəllim.

Sizi 92 illik doğum günü münasibətilə münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.

Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır.
Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.

Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir.
Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.

Sevimli Arif müəllim!

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Ömrünüz uzun olsun. Həyatınız hər zaman parlaq və uca olsun.

Həyatda hər şey ürəyinizcə olsun.
Həyatda hərşey ürəyinizcə olsun.
Canınız sağlam möhkəm olsun.
Doğum gününüz mübarək
92 yaşınız mübarək sevimli Arif müəllim.

Hörmətlə YAP üzvü Azərbaycan respublikasının tanınmış fəal gənci, Paşa Holdinq əməkdaşı Fərid Şərifov

By admin