Xəbər24.Online Bakı – Fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir səhifə açıb: “Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Bu sənədlər siyasi dialoqun, iqtisadi əməkdaşlığın, energetika və nəqliyyat sahələrində tərəfdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Səfər zamanı dövlət başçılarının mətbuata bəyanatlarında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğu və bundan sonra daha da inkişaf edəcəyi xüsusi vurğulandı.

Prezident İlham Əliyev qeyd etdi ki, həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizi daha da gücləndirmək, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmək, birgə sərmayə layihələrini həyata keçirmək, energetika və nəqliyyat sahələrində yeni yaranmış imkanlardan yararlanaraq, daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır. Serbiya Prezidenti Aleksandar Vuçiç də öz bəyanatında Azərbaycanla əməkdaşlığın bundan sonra da inkişafına əminliyini ifadə etdi. Qeyd etmək lazımdır ki, hər iki ölkənin liderləri arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlər dövlətlərarası əlaqələrin inkişafına da müsbət təsir göstərir. Liderlər arasında açıq və konstruktiv dialoq siyasi qərarların daha operativ qəbul olunmasına, strateji layihələrin reallaşmasına əlavə stimul verir”.

Azərbaycan ilə Serbiya arasında əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. “Energetika, nəqliyyat və logistika, müdafiə sənayesi, kənd təsərrüfatı və sənaye, o cümlədən birgə istehsal müəssisələrinin yaradılması, təhsil və mədəniyyət əməkdaşlıq üçün geniş potensiala malikdir. Bu və digər istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın Avropa məkanında mövqelərini daha da möhkəmləndirə, ixrac imkanlarını artıra və iqtisadi şaxələndirməyə əlavə töhfə verə bilər. Eyni zamanda, Serbiya ilə münasibətlərin dərinləşməsi Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir:

“Səfər zamanı Azərbaycan Prezidentinin və birinci xanım Mehriban Əliyeva Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət etməsi mədəni-humanitar dostluğa dərin hörmətin ifadəsi hesab edilə bilər.

Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur.

Bütövlükdə isə, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan-Serbiya əlaqələrini daha da gücləndirəcək.

“Xüsusilə Azərbaycan–Serbiya münasibətləri son illər yüksələn xətt üzrə inkişaf edir və bu əməkdaşlıq iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, siyasət, turizm və digər sahələri əhatə edən geniş spektrə malikdir. Tərəflər arasında imzalanmış çoxsaylı mühüm sənədlər iki ölkə arasında tərəfdaşlığın institusional əsaslar üzərində qurulduğunu göstərir. Bu münasibətlərin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış şəxsi etimad və dostluq münasibətləri də mühüm rol oynayır. Aleksandar Vuçiçin Azərbaycana etdiyi səfərlər və Prezident İlham Əliyevlə qarşılıqlı hörmətə əsaslanan dialoqu iki ölkənin gələcək inkişaf perspektivləri üçün əlverişli zəmin yaradır.

Serbiya ilə münasibətlərin çoxtərəfli inkişafı Balkan regionu ilə əlaqələrin genişlənməsi baxımından da strateji əhəmiyyət daşıyacaq: “Azərbaycan–Serbiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir və bu proses hər iki xalqın maraqlarına xidmət edir. Prezident İlham Əliyevin Serbiyaya səfəri həm də onunla yadda qaldı ki, siyasi əlaqələr fonunda iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və milli maraqlarımızın təmin olunması Azərbaycanın xarici siyasətinin mühüm uğurudur”.

 

Hörmətlə YAP üzvü, Azərbaycan respublikasının tanınmış fəal gənci Fərid Şərifov

By admin