İctimai fəal, III dəfə respublika mahnı müsabiqəsinin laureatı, gənc xanəndə Allahverən Pərvizoğlu görkəmli alim, filologiya elmləri doktoru, professor Kamal Dadaşovun 95 illik yubileyi münasibətilə onu evində ziyarət edib.
Xeber24.Online xəbər verir ki,
Görüş zamanı səmimi söhbət aparılıb, xoş xatirələr bölüşülüb.
Allahverən Pərvizoğlu bildirib ki, ölkənin elm və mədəniyyət həyatına böyük töhfələr vermiş belə bir ziyalı ilə görüşmək onun üçün qürurvericidir. O, professoru yubileyi münasibətilə təbrik etməkdən və bu əlamətdar günü birlikdə qeyd etməkdən məmnunluq duyduğunu vurğulayıb.
Ziyarət çərçivəsində gənc xanəndə yubilyarın arzusunu nəzərə alaraq onun sevdiyi Ürək deyir Yaşa hələ mahnısını ifa edib. İfa professor tərəfindən böyük rəğbətlə qarşılanıb.
Sonda Kamal Dadaşov göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, görüş xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.


