Birinci vitse-prezdentin ötən 9 ildə göstərdiyi ugurlu fəaliyyət, gördüyü işlər çoxşaxəli və əvəzolunmazdır.

Qeyd edək ki, cənab Prezident İlham Əliyevin 2017-ci ilin fevralın 21-də imzaladığı sərəncamla Mehriban xanım Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə, heç şübhəsiz, Azərbaycan Respublikasının birinci Vitse Prezdenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də böyük rolu var.

Mehriban xanım hələ birinci vitse-prezdent təyin olunmazdan öncə də Heydər Əliyev fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətini ölkə ictimaiyyəti yüksək qiymətləndirib.

Müasir dövrümüzün tarix səhifəsində xeyirxahlıq, nəcib əməllər sahibi kimi imza atan Mehriban xanım Əliyeva bəşəriyyətin Azərbaycan xalqına misilsiz və əvəzolunmaz bir hədiyyəsidir. Böyük Nəsimidən kökdən, soydan qaynaqlanan mərhəmətlik missiyası Mehriban xanım Əliyevanın böyük ömür yolunun həyat amalının ali görüntüsüdür.

Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən Konstitusiya islahatları ilə bağlı 2016-cı il sentyabrın 26-da baş tutan referendumun nəticələrinə görə Azərbaycanda Birinci vitse-prezidentlik institutu yaradıldı. Prezident İlham Əliyevin islahatlar kursunun təzahürü kimi qiymətləndirilən bu təşəbbüs Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etmişdir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır… Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyəti çoxşaxəlidir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Belə ki, 2017-ci ildən keçən 9 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban xanım Əliyeva 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi. Parlamentin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşən, daim onların qayğıları ilə maraqlanan, sosial problemlərinin həlli istiqamətində tədbirlər görən Mehriban xanım Əliyeva seçicilərin dərin hörmət və rəğbətini qazanmaqla Milli Məclisdə dövlətimiz və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban xanım Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin göstəricisidir

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza səfərləri ilə bağlı ilk və ən müfəssəl məlumatları məhz Mehriban xanım Əliyevanın yolboyu etdiyi çəkilişlər vasitəsilə alırdı. Eyni zamanda bu görüntülər erməni barbarlığını, düşmənin vəhşiliyini bütün dünyaya çatdırdı. Və Prezident İlham Əliyev erməni vandallarının doğma torpaqlarımızda törətdikləri vəhşiliklər barədə bu görüntülər vasitəsilə məlumat verirdi. Eyni zamanda Prezident İlham Əliyev həmin görüntülərdə Qarabağın və Şərqi Zəngəzurun dirçəlişi ilə bağlı planları və perspektiv məsələləri diqqətə çatdırırdı. Mehriban Əliyevanın apardığı bu çəkilişlərdə Prezident İlham Əliyev həm də Ermənistana xəbərdarlıqlar edirdi, Azərbaycanın prioritetləri ilə bağlı mühüm mesajlar verirdi.

Həmçinin, azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayan Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrin əsaslı təmiri, bərpası və inşası, Şuşada Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi habelə digər dini abidələrin, mədəniyyət ocaqlarının təmiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı qarşısındakı misilsiz xidmətlərinin cizgiləridir.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.

Eyni zamanda, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. 2019-cu ildə isə Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb. Bu gün Mehriban xanım Əliyeva qarşıya qoyduğu məqsədə doğru daim addımlayır. Özünü, Özünün kimliyini gördüyü işlərlə təsdiqləyir və fərdi dəyərlərini ortaya qoyaraq həyat missiyasını gerçəkləşdirir, Azərbaycan tarixinə silinməz izləri, əməlləri ilə həkk olunur.

Bir sözlə, Azərbaycan xalqı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi bundan sonra da bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyinə inanır və dəstəkləyir.

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub. Mehriban xanım Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını çox uğurla əhatə edir.

Mehriban xanım Əliyeva cənab Prezidentlə birgə dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.

2017-ci ildən keçən 5 ilin uğurlu göstəriciləri, mövcud reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını da layiqincə yerinə yetirdiyini, Birinci vitse-prezident kimi fəaliyyəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. İlk gündən mühüm sosial məsələləri nəzarətə götürən Mehriban Əliyeva 2016-cı ilin Aprel döyüşlərində xəsarətlər almış qəhrəman hərbçilərimizin hərtərəfli qayğı ilə təmin edilməsi, yataqxanalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi Mehriban Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyətinin tərkib hissəsi idi.

Millət vəkili kimi təmsil etdiyi ərazilərin sosial məsələlərin həlli istiqamətində gördüyü işlərlə seçicilərinin dərin sevgisini qazanan Mehriban Əliyevanın parlamentin müzakirəsinə təqdim etdiyi zəruri qanun layihələri Azərbaycan qanunvericiliyinin təkmilləşməsində özünəməxsus yer tutur. Daim ədalət, humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan Mehriban Əliyeva bu illər ərzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü onun uğurlu fəaliyyətinin çoxşaxəliliyini göstərir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır. Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Onun ən böyük mükafatı isə Azərbaycan xalqının rəğbəti və sevgisidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən böyük məharətlə və ustalıqla gəlir. Hər kəs inanır ki, Mehriban xanım hazırda qüdrətli, nüfuzlu dövlətə çevrilmiş Azərbaycanın gələcək inkişafı, xalqımızın firavanlığı naminə çoxşaxəli fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək.

Bir gənc olaraq Qeyd etmək istəyirəm ki Birinci xanım Mehriban Əliyeva ilə Azərbaycan respublikası çox gözəldir.Qeyd edərək vurğulamaq istəyirəm ki Birinci xanım Mehriban Əliyeva Azərbaycanın Anasıdır.

Onuda xüsusi olaraq qeyd etmək istəyirəm ki Azərbaycan respublikası Birinci xanım Mehriban Əliyeva ilə birlikdə xoşbəxt gələcəyə doğru inamla addımlayır.

Hörmətlə YAP üzvü, Gənc Fəal Fərid Şərifov

By admin