Bu islahatların növbəti mərhələsi ölkənin idarəetmə modelində radikal dəyişikliklərə yönəlmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə ölkədə 14 iqtisadi rayonun yaradılması bu prosesin təməl daşı kimi qəbul edilir və ölkənin yeni idarəetmə modelinə keçidini daha da aktuallaşdırır.

Mövcud icra hakimiyyətlərinin ləğvi ilə start veriləcək bu yenilənmə Azərbaycanda dövlət idarəçiliyinin daha səmərəli və müasir tələblərə cavab verən bir struktura çevrilməsi məqsədi daşıyır. Yeni yaradılan iqtisadi rayonlar isə ölkənin müxtəlif bölgələrinin spesifik ehtiyaclarına uyğun iqtisadi inkişafın təmin edilməsi üçün mühüm addım olaraq dəyərləndirilir.

Hazırda işğaldan azad edilmiş rayonlarda xüsusi nümayəndəlik institutu fəaliyyət göstərir. Dövlət başçısının sərəncamı ilə yaradılmış yeni institut faktiki olaraq bütün idarəetmə mexanizmini həyata keçirir. Hazırkı idarəetmə modelinin dəyişdirilməsi və icra hakimiyyətlərinin ləğvi ilə ölkənin iqtisadi və sosial həyatı daha müasir prinsiplərə əsaslanaraq inkişaf edəcəyi proqnozlaşıdırılır.

“Bununla bağlı uzun zamandır müzakirələr gedir, amma icra hakimiyyətlərinin ləğv olunması üçün Konstitusiyada dəyişiklik lazımdır. Ölkədə referendum keçirilməlidir. Artıq cənab prezidentin sərəncamı ilə Qarabağda nümayəndəliklər təyin olunub və onlar öz işlərini kifayət qədər peşəkarcasına yerinə yetirirlər. Bu heç də şübhəli deyil ki, irəliləyən zamanlarda ölkəmizin digər ərazilərinə də prezidentin xüsusi nümayəndəsi təyin olunacaq. Bu məsələ ilin əvvəlində müzakirə olunmuşdu. Bildirilmişdi ki, yerli icra hakimiyyətləri ləğv olunsun və onların yerində yerli nümayəndəliklər yaradılsın”.

Gənc fəal Fərid Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların davamı olaraq, Azərbaycan idarəetmə modelində əhəmiyyətli dəyişikliklərə hazırlaşır. Onun sözlərinə görə, Milli Məclisdə bu mövzu ilə bağlı geniş müzakirələr gedib və bu müsbət qarşılanıb:

Fərid Şərifov əlavə edib ki, cənab Prezident belə bir qərar verməklə tamamilə doğru bir addım atıb, icra hakimiyyətlərinin ləğvi və yeni iqtisadi rayonların yaradılması ilə Azərbaycan daha müasir və çevik bir idarəetmə modelinə keçəcək:

Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan xüsusi nümayəndəlik idarəetmə modelinin ölkənin digər ərazilərində tətbiq edilə biləcəyini istisna etməyib. Dövlət başçısı vurğulayıb ki, bu, operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur.

Bu da icra hakimiyyətlərinin ləğvini gündəmə gətirir.

İnsanların azad edilmiş ərazilərə müəyyən olunmuş vaxtda köçürülməsi üçün addımların atılması vacibdir:

Xüsus nümayəndələr də bu sahədə üzərilərinə düşən vəzifəni uğurla həyata keçirirlər. Həmin ərazilərdə görülən işlər möhtəşəmliyi ilə seçilir. Yeni yolların salınması, körpülərin inşa edilməsi, məktəblərin, xəstəxanaların, bağçaların tikintisi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır. İcra orqanları da üzərilərinə düşən vəzifələrin yerinə yetirilməsinə səy göstərir. Demək olar ki, yaradılan ictimai-siyasi sabitlik, vətəndaş qəbullarının artırılması, rayonlarda sosial-iqtisadi məsələlərin həlli bilavasitə icra orqanlarından işlərinə daha məsuliyyətlə yanaşmağı tələb edir. Onlar bu vəzifələri uğurla yerinə yetirir”.

Sözsüz ki, kadr dəyişiklikləri, idarəetmədə islahatların həyata keçirilməsi ölkə rəhbərinin səlahiyyətindədir. Əgər lazım olacaqsa, müvafiq islahatlar həyata keçiriləcək. Ancaq indiki halda icra orqanlarının gördüyü işlər qəneedicidir və fəaliyyətlərinə ehtiyac var”.

 

Hörmətlə YAP üzvü, Gənc Fəal Fərid Şərifov

By admin