Lənkəranın tanınmış simalarından olan şair və ədəbiyyatşünas alim Musa Xanbabazadə 83 yaşında dünyasını dəyişib. Bu barədə məlumatı ədibin yaxınları paylaşıb. Məlumata görə o, yaşla bağlı yaranan xəstəlik səbəbindən vəfat edib.

Xəbər24.Online yenisabah-a istinadla xəbər verir ki, Musa Xanbabazadə doğulduğu Lənkəran rayonunun Boladi kəndində dəfn olunub. Qeyd edək ki, 1943-cü ildə anadan olan ədib 1970-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə ilə bitirib. O, pedaqoji fəaliyyəti dövründə “Qabaqcıl maarif xadimi” adına və “Əmək igidliyinə görə” medalına layiq görülüb.

Musa Xanbabazadə həm də Xalq şairi Sabir Rüstəmxanlı ilə tələbə yoldaşı olub. Uzun illər maarifçilik və ədəbi sahədə xidmətləri olan alimin ölümü ədəbi mühit üçün itki hesab olunur.

Allah rəhmət eləsin!

By admin