BölgəMədəniyyət

Lənkəranda Açıq Havada Kitab Sərgisi Keçiriləcək

Lənkəran Mərkəzi Kitabxanası-nın təşkilatçılığı ilə açıq havada oxucular üçün kitab sərgisi təşkil olunacaq.

 

Sərgidə  kitabxanaya yeni daxil olan nəşrlər nümayiş etdiriləcək, həmçinin oxucular üçün açıq havada rahat və sərbəst mütaliə imkanı yaradılacaq. Sərgi ziyarətçilərə müxtəlif janrlarda kitablarla tanış olmaq və səmərəli istirahət etmək fürsəti verəcək.

 

📅 Tarix: 15 aprel 2026

🕚 Saat: 11:00

📍 Məkan: Lənkəran Mərkəzi Kitabxanasının qarşısı

Kitabsevərlər üçün nəzərdə tutulan bu tədbir həm maarifləndirici, həm də maraqlı istirahət fürsəti kimi qiymətləndirilir.

 

📖 Təşkilatçılar hər kəsi bu kitab dünyasına dəvət edir.