Lənkəran rayonunda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) dəstəyi ilə Kərgəlan bələdiyyəsi tərəfindən Kərgəlan və Darquba kəndlərinin daxili yollarında cari təmir işləri həyata keçirilib.

Görülən işlər çərçivəsində 6 küçəyə ümumilikdə 14 maşın qum-çınqıl döşənib, ağır texnika vasitəsilə yollar hamarlanaraq hərəkət üçün daha əlverişli vəziyyətə gətirilib.

Kərgəlan inzibati ərazi dairəsinin sakinləri aparılan təmir işlərindən məmnunluqlarını ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

By admin