Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Xanverdiyev Samir Xeyrulla oğluna məxsus “Nicat” şadlıq evində yoxlama keçirib.
Obyektdə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, işçi masaların korroziyaya davamlı və yuyulabilən materialla üzlənmədiyi, manqal yeməkləri hazırlanan sahədə sanitar-texniki tələblərin pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
