Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsində yanğın təhlükəsizliyi üzrə təlim keçirilib

xeber24.online xəbər verir ki,

Aprelin 13-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsində yanğın zamanı ümumi təhlükəsizlik tələbləri və davranış qaydalarına həsr olunmuş təlim təşkil edilib.

 

Təlim zamanı yanğın təhlükəsizliyinə dair əsas anlayışlar, ümumi təhlükəsizlik tələbləri, yanğın baş verdikdə işçilərin davranış qaydaları, həmçinin yanğın təhlükəsizliyinə cavabdeh şəxsin vəzifələri haqqında iştirakçılara ətraflı məlumat verilib. Eyni zamanda, yanğının baş vermə səbəbləri, onun qarşısının alınması istiqamətində görüləcək tədbirlər, fövqəladə vəziyyət zamanı binada düzgün davranış qaydaları və yanğınsöndürən balonlardan istifadə ilə bağlı videoçarxlar nümayiş olunub.

 

Təlim “Texniki və yanğın təhlükəsizliyinə nəzarət edilməsi işi”nin həvalə edildiyi şəxs, idarənin İnzibati təşkilat sektorunun müdiri Sadiq Həmidov tərəfindən keçirilib.

By admin