Bölgəİdman

Masallıda “Səhər idmanı” layihəsi çərçivəsində gimnastika üzrə səhər məşqləri təşkil olunub.  

Aprelin 14-də rayon sakinləri Gənclər və İdman Nazirliyinin təşəbbüsünə qoşularaq Masallı şəhər Nizami Gəncəvi adına Xatirə parkında səhər idmanı ediblər.

 

Açıq havada keçirilən gimnastika məşqlərində iştirak edən sakinlər sağlam həyat tərzinin təbliğinə dəstək göstəriblər.

Tədbirin əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliği, fiziki aktivliyin artırılması və idmanın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsinə dəstək verməkdən ibarət olub. Açıq havada keçirilən məşqlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Səhər gimnastikası proqramı çərçivəsində iştirakçılar peşəkar məşqçilərin rəhbərliyi ilə müxtəlif hərəkətlər icra edib, sağlamlıqlarını möhkəmləndirmək və günə enerjili başlamaq imkanı əldə ediblər.