Masallı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir memarlıq irsi” mövzusunda rəsm sərgisi təşkil olunacaq.
Sərgi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin tərəfdaşlığı ilə Masallı Rayon Heydər Əliyev Mərkəzi, Masallı Dövlət Rəsm Qalereyası, Masallı şəhər Onbirillik İncəsənət Məktəbi və N. Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında keçiriləcək.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin memarlıq siyasəti, Azərbaycanın müasir memarlıq irsi və bu mövzunun rəssamların baxışında əks olunması təqdim ediləcək. Sərgidə müxtəlif üslub və texnikalarda hazırlanmış rəsm əsərləri nümayiş olunacaq.
Sərgi 16–18 aprel 2026-cı il tarixlərində Masallı Rayon Heydər Əliyev Mərkəzində baş tutacaq.
